Abutalıb Səmədov: "Moskvanın bizə qarşı ata biləcəyi növbəti addım Azərbaycanda separatizmi yenudən alovlandırmaq, xüsusilə Rusiya ilə sərhəddə müəyyən etnik qrupları fəallaşdırmaq cəhdi ilə ortaya çıxa bilər"
Bu gün Rusiyada qeyri-ruslara qarşı törədilən qeyri-insani hərəkətlər, repressyalar, işgəncələr Stalin dövrünün KQB repressiyalarını xatırladır. Təsadüfi deyil ki, Putinin son zamanlar atdığı addımlarda Stalinin səxsiyyətinə simpatiyasının əlamətləri hiss edilməkdədir.
Məsələn, Volqoqrad şəhər hava limanina Stalinin adının verilməsi, tez-tez Kobanın portretlərinin nümayiş etdirilməsi buna bariz nümunədir. Yoxsa Putin Rusiyanı 70 il əvvələ, stalinizm dövrünə daşımaq istəyir?
Baki-xeber.com-a açıqlamasında politoloq Abutalıb Səmədov bildirdi ki, Putinin Rusiyanı stalinizm dövrünə qaytarması çox çətindir, çunki dünya o dünya deyil, artıq dəyişib: "Lakin onu da etiraf etməliyik ki, indiki Rusiya Stalinin dövründəki Rusiyadan o qədər də fərqlənmir. Hüquq-mühafizə orqanlarının işgəncələr verməsi, insanlara qarşı vəhşi davranışları, günahsız insanları qətlə yetirmələri elə həmin dövrdəki hərəkətlərin təkrarıdır. Fikrimizcə, bələ davranış Rusiyaya yaxşı heç nə verməyəcək. Əslinə qalsa, azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri bir qədər əvvəl proqnozlaşdırmaq mümkün idi.
Aydın idi ki, AZAL-ın təyyarəsinin vurulması ilə əlaqədar Azərbaycan rəhbərliyinin prinspial mövqe tutması və Rusiya qarşısında ciddi tələblər qoyması Kremli kifayət qədər qıcıqlandırdı. Bunun ardınca Bakıdaki "Rus Evi"nin bağlanması, Azərbaycan prezidentinin 9 may paradında istirak etməməsi Rusiyanın bizə qarşı bu cür addımlar atacağını əvvəlcədən təxmin etməyə imkan verirdi. Çünki biz rus dövlətinin və Rusiya rəhbərliyinin xarakterini yaxşı bilirik. Sadəcə olaraq, nədən başlayacaqları məsələsi aydın deyildi. Göründüýü kimi, onlar Rusiya vətəndaşları olan soydaşlarımızdan başladılar. Onları vəhşicəsinə qətlə yetirdilər, işgəncələr verdilər, xəsarət yetirdilər və sağ qalanları həbs etdilər. Amma bu son addım deyil, bundan sonra da Rusiya Azərbaycana qarşı hüquqazidd addımlar ata bilər, biz bu addımlara həmişə hazır olmalıyıq.
Məlumdur ku, Rusiyada işləyən və sayı yarım milyondan çox olan əmək miqrantlarımız var. Onlara qarşı hüquqazidd addımlar atıla bilər, yaxud onların Rusiyadan qovulması istiqamətində işlər görülə bilər. Məlumdur ki, Rusiyada çalışan həmvətənlərimiz ötən il Azərbaycana təxminən yarım milyard dollar pul göndəriblər. Bu həmin miqrantların Azərbaycanda yaşayan ailələri üçün ciddi məbləğdir. Miqrantların bir hissəsinin Azərbaycana qaytarılması ölkədə müəyyən problemlər yarada bilər.
Moskvanın bizə qarşı ata biləcəyi növbəti addım Azərbaycanda separatizmi yenidən alovlandırmaq, xüsusilə Rusiya ilə sərhəddə müəyyən etnik qrupları fəallaşdırmaq cəhdi ilə ortaya çıxa bilər. Biz bu təhlükəni nəzərə alıb qabaqlayıcı tədbirlər görməliyik.
Rusiya BMT TŞ-nin üzvüdür və məlumdur ki, 2023-cü ildən əvvəl keçirilən TŞ iclaslarında Rusiya Azərbaycanla yaxın mövqe nümayiş etdirib. Fransa və Amerikanın Azərbaycana qarşı hansısa sənədi qəbul etməsinə imkan verməyib. İndi Fransanın Qarabağ ermənilərini kollektiv şəkildə geri qaytarmaq cəhdlərinin olduğu bir zamanda bu məsələni BMT TŞ-də yenidən qaldıra bilərlər. Sübhə yoxdur ki, Rusiya bu dəfə öz mövqeyini kəskin şəkildə dəyisib, Fransanın mövqeyinə dəstək verə bilər. Biz bu ehtimalları da nəzərdən qaçırmamalıyıq.
Eyni zamanda, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə can atır. Moskva Paşinyanı hər hansı bir vasitə ilə hakimiyyətdən uzaqlaşdırmağa cəhd göstərəcək. Rusiyanı dəstəkləyən qüvvələrin Ermənistanda hakimiyyətə gəlməsi Azərbaycan üçün arzuolunan deyil. Təbiidir ki, Azərbaycan öz gücünü bilir, müttəfiqlərimiz də var, amma hər halda, biz bütün variantları hesablayib zəruri hazırlıqları təmin etməliyik. Biz unutmamalıyıq ki, ermənilər Rusiyanın dəstəyi ilə bizə qarşı çoxsaylı cinayətlər törədiblər, torpaqlarımızı uzun müddət işğal altında saxlaya biliblər.
Azərbaycan hakimiyyəti əlindən gələni etdi ki, Rusiya ilə münasibətlərimizdə heç bir problem yaranmasın. Dəfələrlə Azərbaycan əleyhinə verilmiş bəyanatlara heç bir munasibət bildirilmədi. Yəqin xatirlayırsınız, Qarabağ məsələsinin Sumqayıtda baş verən hadisələrdən sonra başlanmasını dedilər, reaksiya vermədik. Madrid prinsiplərini təhrif edərək iddia irəli sürdülər ki, guya Azərbaycan yalnız 5 rayonun azad olunması və iki rayonun Ermənistanın nəzarətində qalması ilə razılaşıb, buna da reaksiya vermədik. Baxmayaraq ki, bu bəyanatdan Azərbaycan hakimiyyətinin əleyhinə olan insanlar kifayət qədər istifadə etdilər.
Daha sonra, Putin 2022-ci ilin iyununda gənc sahibkarlarla görüşdə “Rusiya torpaqlarını” toplamaq və möhkəmləndirmək planından danışdı, bunu özünün missiyası adlandırdı, buna da dinmədik. Bu günlərdə isə Putin "rus əsgərinin çəkməsi haraya dəyibsə ora Rusiyadir" dedi, nə biz, nə də dünya buna reaksiya vermədi. Lakin hər şeyin bir həddi var və Azərbaycanın səbri də sonsuza qədər ola bilməz. Üstəlik, elə məsələlər var ki, orada güzəştə getmək qeyri-mümkündür. Bu səbəbdən münasibətlərimizin düzəlməsində nə qədər maraqlı olsaq da, hazırda hər şey Rusiyadan asılıdır. Rusiya hakimiyyəti siyasətini dəyişməlidir, bu zorakı və şovinist siyasətdən imtina etməlidir. Əks halda münasibətlərimizin yaxşılaşması həddən ziyadə çətin olacaq, bunun məsuliyyəti isə rəsmi Moskvanın üzərinə düşəcək".
Akif NƏSİRLİ