Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Yekaterinburq şəhərində amansızcasına qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi Azərbaycana gətirilir.
Modern.az-ın məlumatına görə, cənazələri daşıyan təyyarə tezliklə Bakıya enəcək.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında OMON-çular Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı azərbaycanlı Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.
Öldürülən azərbaycanlılar tanınmış jurnalist, ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.