Çinin Siçuan əyalətində 3 gündür yağan yağışların yaratdığı fəsadlarla əlaqədar təxminən 73 min nəfər təxliyə olunub.
Publika.az xəbər verir ki, Quycou əyalətində isə 41 min sakin təxliyə edilib.
Təbii fəlakətlə mübarizəyə 8 mindən çox canlı qüvvə cəlb edilib.
Güclü yağışlardan ən çox ziyan çəkən yaşayış məntəqələrindən biri də Bacon şəhəridir. Aramsız yağış Neycian şəhərində isətorpaq sürüşməsi yaradıb, avtomobil yollarında nəqliyyatın hərəkəti iflic olub.