AZ

Rusiya Pravoslav kilsəsi dinlərarası fitnə yuvasına döndərilib...


Seyid Camal Əzimbəyli: “Rus Pravoslav kilsəsi hər zaman Rusiyanın şovinist dövlət siyasətinə dəstək verib”

Rusiyada digər xalqlara qarşı şovinist əhval-ruhiyyənin, diskriminasiyanın hökm sürməsi tarixin bütün mərhələlərində özünü göstərib. Təəssüf ki, bu gün də Rusiya bu tendensiyanı azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlərin nümayəndələrinə qarşı davam etdirir.

Hətta iş o yerə çatıb ki, hazırda sözügedən ölkədə baş verənlər Stalin dövrünü belə kölgədə qoyur. Bu isə Rusiyanın hələ də imperiya xislətindən əl çəkmədiyindən xəbər verir. Elə iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması bunu bir daha bunu təsdiq edir.

Ən dəhşətlisi isə odur ki, bütün bu proseslərdə Rus Pravoslav kilsəsi qızışdırıcı yer tutur, baş verənlərə utanmadan haqq qazandırır. Mülki insanların öldürülməsinə haqq qazandırır. Bununla yanaşı, Rusiyada dini, ideoloji zəmində təxribatları əsaslandırır. Hüquq-mühafizə orqanlarının qəddarlığına, qanunsuzluq və özbaşınalığa haqq qazandırır. Halbuki, dini qurumlar insanları sülhə, mehribançılığa çağırmalıdır. Rus Pravoslav kilsəsi isə fitnəkarlıqla məşğuldur.

“Kilsə fitnəkarçasına yaşananlara haqq qazandırır, dinlərarası münasibətləri qızışdırır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, Rus Pravoslav kilsəsi hər zaman Rusiyanın şovinist dövlət siyasətinə dəstək verib: “Biz bunu Rusiyanın Ukraynaya təcavüzü fonunda daha aydın şəkildə gördük. Bunların gözü o qədər dönüb ki, din və etnik qardaşların qətlə yetirilməsinə çağırış edirlər. Kilsə sanki rasizm siyasətinin önündə gedir. O cümlədən, digər dindən olan insanlara qarşı Rus Pravoslav kilsəsi təhrikedici və qızışdırıcı mövqedən çıxış edir. Bir dəfə olmayıb ki, bununla bağlı hansısa mötədil mövqe sərgilənsin, dini həmrəyliyə çağırış edilsin. Rusiya güc strukturları mülki azərbaycanlıları qəddarlıqla qətlə yetirib, Rus Pravoslav kilsəsi buna haqq qazandırır. Halbuki, bu, dinə, mənəviyyata, bəşəri dəyərlərə tamamilə zidd olan bir haldır. Dinlərarası nifaq yaradan bir tendensiyadır. Bir məqamı da unutmaq olmaz ki, Rusiyanın ali din xadimləri bilavasitə bu ölkənin kəşfiyyat strukturları ilə bağlıdır. Bununla bağlı kifayət qədər əsaslı fikirlər var. Yəni düşünmək ki, Rus Pravoslav kilsəsi müstəqildir, bu doğru deyil. Onlara mərkəzdən təlimat gəldiyi üçün kilsə fitnəkarçasına yaşananlara haqq qazandırır, dinlərarası münasibətləri qızışdırır”.

Vidadi ORDAHALLI

Seçilən
20
19
baki-xeber.com

10Mənbələr