AZ

Saatlıda yeniyetmə əmisinə xəsarət yetirib

Saatlı sakini əmisinə xəsarət yetirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Mustafabəyli kəndində qeydə alınıb. Kənd sakini 16 yaşlı A.S. əmisinə - 1963-cü il təvəllüdlü Səttar Ağayevə şüşə ilə xəsarət yetirib. S. Ağayev Şirvan xəstəxanasına yerləşdirilib.

Hadisənin su üstündə yaranan mübahisəyə görə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
26
50
cebheinfo.az

10Mənbələr