AZ

Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yaxınlarına təhvil verilib

Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yaxınlarına təhvil verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, meyitlər ekspertizadan keçirildikdən sonra Ağcabədidə dəfn ediləcək.

***20:54

Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi təyyarə ilə Vətənə gətirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 20:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Onların nəşləri Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqunda saxlanılırdı.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

***17:38

Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi təyyarə ilə Vətənə yola salınıb.

BAKU.WS xəbər verir ki, bu barədə report-un Rusiya bürosu məlumat yayıb.

Təyyarənin Bakı vaxtı ilə saat 20:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enməsi gözlənilir.

*** 14:12

Yekaterinburqda iyunun 27-də OMON-un hücumu nəticəsində qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi ailə üzvlərinə təhvil verilib.

BAKU.WS xəbər verir ki, bu barədə report-un Rusiya bürosu bildirib.

Onların nəşi Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqunda saxlanılırdı.

Meyitlərin Bakı vaxtı ilə saat 20:30-da Azərbaycana gətirilməsi gözlənilir.

Seçilən
0
9
far.az

10Mənbələr