AZ

Öldürülən iki azərbaycanlının nəşi yaxınlarına təhvil verildi -YENİLƏNİB

Yekaterinburqda amansızlıqla qətlə yetirilən qardaşların meyiti Azərbaycanda yaxınlarına təhvil verilib.

Redaktor.az xəbər verir ki, meyitlər ekspertizadan keçiriləcək, sabah isə Ağcabədidə torpağa tapşırılacaq.

***

Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi təyyarə ilə Vətənə gətirilib.

Redaktor.az xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 20:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Onların nəşləri Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqunda saxlanılırdı.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

222222
Seçilən
0
9
redaktor.az

10Mənbələr