AZ

3 nəfərin öldüyü qəzadakı sürücü PTX-nin əməkdaşı imiş

Xəbər verdiyimiz kimi, iyunun 26-da Sabirabad rayonunda yük və minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. Qəza nəticəsində sürücü 24 yaşlı Cəmil Məmmədli və sərnişinlər – 15 yaşlı Nihad Məmmədli və 25 yaşlı Fərid Hümbətov həyatını itirib.

NOCOMMENT.az unikal.az-a istinadən xəbər verir ki,mərhum sürücü Cəmil Məmmədli Prezidentin Təhlükəsizlik Xidmətində (PTX) xidmət edirdi. Qəzaya düşdüyü gün məzuniyyətdə olub.

Qəzada ölən 15 yaşlı Nihad Məmmədli isə C.Məmmədlinin əmisi oğludur.

Seçilən
16
2
nocomment.az

3Mənbələr