AZ

Bakıda Azərbaycan və Ukrayna arasında VII konsulluq məsləhətləşmələri keçirilib

Bakı. Trend:

30 iyun 2025-ci il tarixində Bakı şəhərində AzərbaycanRespublikasının Xarici İşlər Nazirliyi və Ukrayna Xarici İşlərNazirliyi arasında sayca yeddinci konsulluq məsləhətləşmələrikeçirilib.

Trend xəbər verirki, konsulluq məsləhətləşmələrində Azərbaycan nümayəndə heyətinəAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluqidarəsinin rəisi Emil Səfərov, Ukrayna nümayəndə heyətinə isəUkrayna Xarici İşlər Nazirliyinin Konsulluq xidməti departamentininrəisi Vladislav Kanevski rəhbərlik edib.

Məsləhətləşmələrdə Azərbaycan Respublikasının Baş Prokurorluğu,Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi,Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidmətininrəsmiləri, o cümlədən Azərbaycan Respublikasının UkraynadakıSəfirliyinin və Ukraynanın Azərbaycan RespublikasındakıSəfirliyinin əməkdaşları da iştirak edib.

Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasındaəlaqələrin hazırkı vəziyyəti və perspektivləri, ikitərəflimüqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirəedilib.

Azərbaycan Respublikasının və Ukraynanın vətəndaşlarının hüquqvə qanuni mənafelərinin qorunması istiqamətində əməkdaşlığıngenişləndirilməsi məsələlərinə toxunulub, konsulluq sahəsindərəqəmsal xidmətlərin və proseslərin tətbiqinə dair qabaqcıl təcrübəüzrə, həmçinin hər iki ölkənin viza-miqrasiya siyasəti barəsindəfikir mübadiləsi aparılıb.

Tədbirin yekununda məsləhətləşmələr çərçivəsində keçirilmişmüzakirələrin nəticələrinə dair protokol imzalanıb.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Seçilən
25
26
az.trend.az

10Mənbələr