AZ

İTV-dən Kənan MM-in ittihamlarına CAVAB

İTV-dən Kənan MM-in ittihamlarına CAVAB

Aktyor-rejissor Kənan Mahmudov (Kənan MM) İTV rəhbərliyini monopoliya yaratmaqda ittiham edib. O, sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, telekanal rəhbərliyi yalnız öz tanışlarından layihələr qəbul edir və digər rejissorlara imkan verilmir. Onun bu paylaşımlarına aktyor Hikmət Rəhimov da dəstək verib. Tanınmış sənətçi bildirib ki, İTV rəhbəri Balaş Qasımov yaradıcı məsələlər üzrə Baş direktorun köməkçisi Yalçın Verdiyevi telekanaldan uzaqlaşdırmalıdır. O, Verdiyevin yalnız öz ətrafını İTV-yə topladığını iddia edib.

Bununla bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti bildirib ki, İTV-də hər hansı inhisarçılıq yoxdur və prinsip etibarilə mümkün də deyil:

“Şirkətdə serial və sənədli film layihələrinin qəbul və dəyərləndirilməsi aşağıdakı meyarlar əsasında aparılır:

• Məzmunun orijinallığı və ictimai əhəmiyyəti;

• Layihəni təqdim edən rejissor və ya prodüserin peşəkar təcrübəsi və əvvəlki işləri;

• Layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan ehtimal olunan büdcə.

Qurum qeyd edib ki, ayrılan büdcə məhdud olduğuna görə seçimlər ciddi şəkildə aparılır və layihələrin hər biri bu meyarlara cavab verməlidir.

İTV həmçinin əlavə edib ki, bəzi layihələrin dəstək almasa da, bu, onların zəif olması anlamına gəlmir və həmin layihələr digər kanallar üçün daha uyğun ola bilər. Televiziya, ssenarisi qəbul edilməyən rejissorların digər kanallarla əməkdaşlıqda sərbəst olduğunu da vurğulayıb.

“İctimai TV” yaradıcı şəxslərin iradlarına hörmətlə yanaşdığını, lakin heç bir şəxsə əsassız vədlər verilmədiyini və qərarların məsuliyyətlə qəbul edildiyini bildirib. Hər bir şəxs qanunla müəyyən olunmuş qaydada hüquqlarını müdafiə edə bilər,” – deyə açıqlamada qeyd olunub.

Qafqazinfo

Seçilən
14
17
afn.az

10Mənbələr