AZ

Üç güləşçimiz Avropa çempionatında finala yüksəldi

Azərbaycanın üç yunan-Roma güləşçisi İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında finala yüksəlib.

Publika.az xəbər verir ki, ilk yarış günündə Turan Daşdəmirov (55 kq) gürcüstanlı Koba Karumidzeyə (4:4), ermənistanlı Levon Qazaryana (1:1) və ukraynalı Nazariy Babinskiyə (3:1) qalib gələrək finala yüksəlib.

O, finalda rusiyalı İvan Solominlə qarşılaşacaq.

Tural Əhmədov (63 kq) italiyalı Emanuele Pollinoya (8:0), bolqarıstanlı Kristiyan Milenkova (4:0), macarıstanlı Bende Olaşa (3:1) və yunanıstanlı Marios Kapantaisə (11:1) qalib gələrək adını finala yazdırıb. Tural həlledici görüşdə rusiyalı İqor Punçenko ilə güləşəcək.

Seçilən
0
18
publika.az

10Mənbələr