AZ

Kallas: Macarıstan Sülh Fondundan Ermənistan üçün vəsait ayrılmasını bloklayır

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Budapeşt, 30 iyun, AZƏRTAC

Macarıstan Ermənistan üçün Avropa Sülh Fondundan əlavə vəsaitin ayrılmasını bloklayır.

AZƏRTAC xəbər verir ki, bu barədə İrəvanda keçirilən mətbuat konfransında Ermənistan üçün Avropa Sülh Fondundan əlavə vəsait ayrılmasına veto qoyulması ilə bağlı xəbərlərin həqiqət olub-olmadığı sualına cavablandıran Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası prezidentinin müavini Kaya Kallas bildirib.

Qeyd edib ki, Avropa İttifaqı 27 suveren dövlətdən ibarətdir, hər bir ölkənin öz mövqeyi var və qərarlar konsensus əsasında qəbul olunur.

“Məsələnin həllini tapmağa çalışırıq. Bəli, hələlik qərar yoxdur, amma həll yolu axtarırıq”, – deyə K.Kallas bildirib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
10
azertag.az

10Mənbələr