AZ

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı

Azərbaycanda şəxsi səfərdə olan “Ruptly”nin redaktoru saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Bildirilib ki, o, “Sputnik Azərbaycan”ın redaksiyasında saxlanılan “həmkarları”nın saxlandığı yerə gedib və bunu mobil telefonu ilə lentə alıb. Onun anası işçinin polisdə olduğunu indicə təsdiqləyib.

Nədənsə, saxlanılan redaktorun adını Rusiya mediası açıqlamayıb.

Qeyd edək ki, “Sputnik Azərbaycan”ın ofisində bu gün keçirilən əməliyyat zamanı FTX-nin agentləri saxlanılıb.

Seçilən
9
9
publika.az

10Mənbələr