AZ

İspaniyada yeni temperatur rekordu

Avropanı bişirən isti dalğası İspaniyaya da təsir etməkdə davam edir. İspaniya Milli Meteorologiya İdarəsi ölkənin cənubunda hava istiliyinin 46 dərəcəyə çatdığını açıqlayıb. Bu həm də iyun ayı üçün yeni rekord deməkdir.

Meteorologiya Müdirliyinin verdiyi açıqlamaya görə, Portuqaliya sərhədi yaxınlığındakı Huelvada iyunun 28-də yerli vaxtla saat 16:40 radələrində hava istiliyi 46 dərəcə olaraq qeydə alınıb. Ölkədə sonuncu iyun temperaturu rekordu 1965-ci ildə Sevilyada qeydə alınıb və o zaman 45,2 olub.

Digər tərəfdən, həddindən artıq isti dalğası öz təsirini İngiltərə, Fransa, İtaliya, Portuqaliya və Yunanıstan kimi Avropa ölkələrində, eləcə də İspaniyada hiss etdirir.

Böyük Britaniyada temperaturun 34, Fransada 32, İtaliyanın müxtəlif şəhərlərində 35-36, Portuqaliyada 34, Yunanıstanın paytaxtı Afinada 35 dərəcəyə çatacağı gözlənilir.

Böyük Britaniyanın Meteorologiya Xidməti “Met Office” ölkənin müxtəlif bölgələrində temperaturun 35 dərəcəyə çatacağını proqnozlaşdırıb. İdarənin tennis mövsümünün üçüncü böyük dəbilqə turniri olan və bu gün başlayacaq “Wimbledon”u izləyənlərə temperaturla bağlı xəbərdarlıq edib.

Böyük Britaniyanın “Reading” Universitetinin iqlimşünası Ed Houkins həddindən artıq istilərə qarşı diqqətli olmaq lazım olduğunu və yaxın bir neçə gün ərzində İngiltərənin cənub-şərqində temperaturun 100 il əvvəlkindən 4-5 dərəcə yüksək olacağını bildirib.

***

“Mirrors for Earth's Energy Rebalancing” (MEER) qeyri-kommersiya tədqiqat təşkilatının baş meneceri Piter Dines sosial media hesabında etdiyi qiymətləndirmədə Fransa və İspaniyadakı yüksək temperaturlara diqqət çəkib və bu dəyərlərin normal yay temperaturu kimi qəbul edilə bilməyəcəyini bildirib.

Sabah Fransada temperaturun mövsüm normalarından 12 dərəcə yuxarı qalxa biləcəyini qeyd edən Dines, “Bunlar qlobal istiləşmə meyllərinin səbəb olduğu və getdikcə daha tez-tez baş verən təhlükəli istilik dalğalarıdır. Biz onilliklər ərzində bu təkrarlanan istilik dalğalarını görməməliydik”, – deyib.

Seçilən
9
vaxt.az

1Mənbələr