Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
2-ci liqada yalnız “Şahdağ Qusar”dan geri qalmaqla 1-ci liqaya vəsiqəni təmin edən “Şəfa” burda da “qapazaltı” olmaq istəmir. Paytaxt klubu heyəti gücləndirmək yolunda addımlar atır. Bu haqda “Futbol+”ə bakılıların baş məşqçisi Elgiz Kərəmli məlumat verdi:
“Sonuncu transferimiz “İmişli”dən Xəyal Tomarov oldu. Xəyaldan sonra hələ ki transfer etməmişik. Vaxt var deyə, tələsmək də istəmirik. Bəli, premyer-liqadan da heyətimizə qatdığımız futbolçular var. “Səbail”dən Əlirza Müştəbəzadə ilə Nihad Quliyevi transfer etmişik”.
Bu arada “Şəfa”nın komandaya qışda qoşulan Amil Yunanovla yolları ayırmaq istəyi haqda xəbər yayılıb. Və onun gedişində məhz baş məşqçi maraqlıdı. Amma Elgiz bəy bu xəbəri yaxın buraxmadı:
“Xeyr, tam yanlış məlumatdı. Belə məsələ heç vaxt gündəmimizdə olmayıb. Amil Yunanov da planlarımıza daxildi”.
MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.