Qərbi Avropa ölkələrini təsiri altına alan anomal istilər yaxın günlərdə pik həddə çatacaq.
APA xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, yüksək temperatur elektrik enerjisi şəbəkələri üçün təhlükə yaradaraq, səhiyyə sahəsində fövqəladə vəziyyətlərə səbəb ola bilər.
Xüsusilə Böyük Britaniyanın şimalı, eləcə də İspaniya, Fransa və Portuqaliyada havaların kəskin istiləşməsi nəticəsində elektrik enerjisinə tələbat artıb.
Eyni zamanda, bəzi atom elektrik stansiyaları işdə yaranan nasazlıqlara görə enerji istehsalını azaldıb.