AZ

İraqda Kərkük hava limanna raket zərbələri endirilib

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İraqın Kərkük şəhərində Kərkük Beynəlxalq Hava Limanı gecə saatlarında raket hücumuna məruz qalıb.

Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir ki, atılan 3 raket hava limanının ərazisinə düşüb.

Hava Limanı İdarəsi tərəfindən verilən açıqlamaya görə, raketlərdən ikisi hava limanı daxilində yerləşən hərbi zonaya, biri isə mülki əraziyə düşüb. Mülki əraziyə düşən raket yanğına səbəb olub.

Hücum zamanı bir nəfər yüngül yaralanıb, uçuş-eniş zolağı və hava limanı obyektlərində hər hansı bir struktur zərəri baş verməyib.

Təhlükəsizlik qurumları hücumun mənbəyini müəyyən etmək üçün araşdırmalar aparır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
50
oxu.az

10Mənbələr