AZ

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.

 

Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafizə orqanlarının evə basqını zamanı öldürülən Ziyəddin və Hüseyn Səfərovların qardaşı qızı Çimnaz İbrahimova deyib.

 

“Hüquq-mühafizə orqanları səhər saatlarında evə daxil olub, onları vəhşicəsinə döyərək evdən çıxarıblar. Polisin belə bir hərəkətə yol verməsi heç başadüşülən deyil. Bu cür işgəncələr normal sayılmamalıdır”, - Ç.İbrahimova əlavə edib.

 

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

 

Ətraflı Baku TV-nin süjetində:

 

Seçilən
14
9
sfera.az

10Mənbələr