Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Böyük Britaniyada qadağan olunmuş təşkilatların siyahısına “Rusiya İmperator Hərəkatı” da daxil edilə bilər. Reyting.az xarici mediaya istinadla xəbər verir ki, Britaniya Daxili İşlər Nazirliyi bununla bağlı sənəd hazırlayıb.Nazirliyin bu barədə açıqlaması hökumətin saytında yerləşdirilib. Açıqlamada deyilir ki, “Rusiya İmperator Hərəkatı” ABŞ-da yəhudi icmalarına qarşı hücumlar hazırlayan Amerika neomillətçi qrup “Maniacs Murder Cult” ilə birlikdə 2000-ci il Terrorla Mübarizə Aktına uyğun olaraq qadağan edilmiş təşkilata çevrilə bilər.E. KAMAL
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.