Bakı. Trend:
Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətininkeçirdiyi əməliyyat zamanı qətlə yetirilən azərbaycanlı qardaşlar –Ziyəddin və Hüseyn Səfərovların cənazəsi doğulduqları Ağcabədirayonuna gətirilib.
Trend-in yerlimüxbirinin məlumatına görə, qardaşların cənazəsi ailələrininyaşadığı evə aparılıb. Burada əvvəlcə vida mərasimi keçiriləcək,daha sonra isə Səfərov qardaşları valideynlərinin dəfn olunduğuHacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılacaqlar.
Xatırladaq ki, hadisə ötən ayın 27-də səhər saatlarında başverib. Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərindəazərbaycanlıların yaşadığı evlərə basqın təşkil edib. Əməliyyatzamanı Ziyəddin və Hüseyn Səfərov öldürülüb, bir neçə nəfər isəsaxlanılıb.