AZ

Yekaterinburq hadisələrindən son xəbər: onlarla azərbaycanlı… FOTO

News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yekaterinburqun Leninski Rayon Məhkəməsinə onlarla azərbaycanlı, diaspora üzvləri və hüquqşünaslar gəlib.

News24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə ura.ru saytı məlumat yayıb.

“Burada aralarında diplomatlar da daxil olmaqla, 20-30 nəfər var. Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski də gəlib. Yəqin ki, daha çox vətəndaş gələcək”, – jurnalist bildirib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycanın Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
22
news24.az

10Mənbələr