AZ

Alonso Mbappenin səhhəti ilə bağlı açıqlama verib

Xabi Alonso "Yuventus"la oyundan əvvəl Kilian Mbappenin səhhəti ilə bağlı açıqlama verib

Ucnoqta.az xəbər verir ki, Alonso bildirib ki, "Real Madrid"in hücumçusu Kilian Mbappe klublararası dünya çempionatının 1/8 finalında "Yuventus"a qarşı oynaya biləcək.

"Mbappe özünü daha yaxşı hiss edir. O, oynamağa hazırdır" - Alonso qeyd edib.

İyunun 19-da Mbappe kəskin qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəlik səbəbindən futbolçunun 4-5 kq arıqladığı qeyd edilib. Klublararası dünya çempionatının iyunun 18-də baş tutan "Əl-Hilal"la (1:1) oyunu öncəsi fransalı özünü pis hiss edib.Futbolçunun yalnız meyvə yediyi və su içdiyi vurğulanıb.

Seçilən
18
50
ucnoqta.az

10Mənbələr