Metbuat.az xəbər verir ki, "Santa-Fe" klubunun futbolçusu Uqo Rodalyeqa zədələnib və meydançanı tərk etmək istəyib. Komanda yoldaşlarının israrından sonra futbolçu oyuna davam edib. Axsayaraq oynayan futbolçu fərqlənməyi bacarıb və o qələbə qolunun müəllifi olub. Onun qolu sayəsində "Santa-Fe" klubu "Deportivo İndependiente Medellin" klubuna 2-1 hesabı ilə qalib gəlib. Klub 2016-cı ildən bəri ilk dəfə Aperturada çempion titulunu qazanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta