Ərdoğan NATO sammitinin keçiriləcəyi yeri açıqladı
NATO-nun 2026-cı il sammiti Ankarada keçiriləcək.
aia.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciəti zamanı bildirib.
"2026-cı ildə NATO-nun dövlət və hökumət başçılarının sammiti ümid etdiyimiz kimi, iyulda Türkiyədə keçiriləcək. Biz NATO liderlərini paytaxtımız Ankarada qəbul edəcək və çox mühüm qərarların qəbulu üçün zəmin hazırlayacağıq", - deyə Türkiyə lideri bildirib.
aia.az