Cari ilin yanvar-may aylarında “Azəralüminium” MMC-nin xarici bazarlara satışdan əldə etdiyi gəlirlər 54,4 milyon ABŞ dolları təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% azalma deməkdir.
Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında şirkətin ixracdan əldə etdiyi gəlir 63,1 milyon ABŞ dolları səviyyəsində olub. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirləri 8 milyon 700 min dollar azalıb.
Mayya Hüseynova