Ajans.az xəbər verir ki hadisə Qarabağ kanalının rayonun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, içkili vəziyyətdə olduğu ehtimal edilən kəndin 17 yaşlı sakini Anar Əmirov kanalda batıb. A Əmirovun axtarışına FHN-nin Aran Dalğıc Axtarış qrupu cəlb olunub.
Hazırda onun meyitinin kanaldan çıxarılması üçün axtarışlar davam etdirilir.