AZ

Elm fədaisi - Fəzail Əkbərov

Əkbərov Fəzail Yusif oğlu 1925-ci ilin 01 iyulunda Yardımlı rayonunun Kürəkçi kəndində ziyalı ailəsində anadan olub. 1939-cu ildə doğulduğu kənddə natamam orta məktəbi bitirirərək M.F.Axundov adına Yardımlı qəsəbəsində orta məktəbə qəbul olunub, 1942-ci ildə həmin məktəbi yüksək qiymətlərlə bitirib. Böyük Vətən müharibəsi dövründə kadr çatışmazlığı üzündən 1942-ci ilin sentyabr ayından 1945-ci ilədək Kürəkçi kənd məktəbində müəllim işləyib. 1945-1949-cu illərdə təhsilini ali məktəbdə davam etdirib və bu oxuduğu illərdə ən yüksək təqaüd “Stalin” təqaüdü alıb. İnstitutu fərqlənmə diplomu ilə bitirdiyindən onu Nuxa (indiki Şəki) Müəllimlər İnsitutuna müəllim göndərilməsinə baxmayaraq, təyinat yerini öz rayonunda olan qardaşlarının, əmisi uşaqlarının savadlanmasına və öz elmini öz yurdunda olan uşaqlara verməyi üstün tutub. Qardaşları Höccət, Şahbaz, əmisi uşaqları Məmmədağa, Kamil, Sabirin, Kürəkçi kənd sakinlərindən Əhməd Babayevin, Əlisahib Əkbərovun, Adil Mirzəyevin, Cümşüd Ağaşovun və çox saylı yerlilərinin ali təhsil almasında çox köməkliyi dəyib.

Fəzail müəllim 1950-ci ildən 1969-cü ilədək müxtəlif vəzifələrdə işləyib. Kənd müəllimliyindən məktəb direktorluğuna, Xalq təhsil şöbəsinin müdirinə, Rayon Partiya Komitəsinin katibi vəzifəsinə, Rayon kinoqurğuları və Kinoteatrın direktoru vəzifəsinə qədər ucalıb. 35 il məktəb direktoru işləyib.

Fəzail müəllimin çox yaxşı dostları olub, onlardan biri də mərhum Şıxali Qurbanov olub. Fəzail müəllimin bircə sözü ilə Şıxəli Qurbanov Yardımlıda 2 dəfə 1961-62 və 1962-63-cü dərs illərində sinif müəllimi hazırlayan bir illik pedaqoji sinif fəaliyyət göstərib və oranı 57 nəfər bitirib.

Fəzail müəllim “Respublikanın Əməkdar təbliğatçısı” fəxri adı alıb. “SSRİ Maarif əlaçısı”, “Azərbaycanın Qabaqcıl Maarif xadimi” kimi fəxri adlar alıb. “Əməkdə fərqlənməyə görə”, “Əmək igidliyinə görə”, “Əmək veteranı” medalları ilə təltif olunub. Fəzail müəllimin 70 illik yubleyi ilə əlaqədar yaxın dostu Əhməd Əhmədov və oğlu Ramiz Əkbərovun tərtibi ilə “Mənalı Ömür Yolu” (Mütərcim 1997) xatirlərə toplusu çap edilib.

Fəzail müəllim həm də bir sıra kitabların müəllifidir.

“Bir şəcərənin üç budağı “(Sırıq, Osnakəran, Hasıllı) kitabının, “Mənalı ömürdən səhifələr”, “Yardımlıda Maarifin inkişafı” kitablarının müəllifidir.

Fəzail müəllim əsl ziyalı idi. 9 övlad böyüdüb tərbiyyə edib. Övladlarından 5-i ali təhsil alıb. Sovet dönəmində təhsil almaq özü də 3 qızının və 1 oğlunun tibb sahəsində, digər oğlunun iqtisadiyyat sahəsində ali təhsil almaları o dövrdə hər adama qismət olmazdı...

Fəzail müəllimin bacarığnı işlədiyi təşkilatlarda həmişə yüksək qiymətləndiriblər. Çox sayda mükafat və tərifnamələr alıb.

1977-ci ilin iyul ayında oğlu Cəbrayıl və qızı Rübabə ilə 45-dəqiqəlik “Ailə, məktəb və həyat verilişinə dəvət ediliblər Azərbaycan televizyasında çox maraqlı çıxışları ilə yadda qalıb.

Oğlu Ramiz onun məsləhətləri, nəsihətləri ilə yüksək zirvəyə qalxa bilib. Tibb sahəsi üzrə fəlsəfə doktorluğu müdafiə edib, alimlik dərəcəsinə çatıb. Polkovnikdir. Respublikanın Əməkdar həkimidir. Çox sayda kitabın müəllifidir. Hazırda İstanbul NS klinikasında həkim işləyir. Uzun müddət DİN-nin hospitalında siravi həkimlikdən rəis vəsifəsinə kimi şanlı yol keçib. Evlidir. Üç övladı var. Hər üçü tibb təhsili alıb.

Fəzail müəllimin böyük oğlu Cəbrayıl 24 il dövlət qullunda işləyib. 4 övladı var, hamısı ali təhsillidirlər.

Fəzail müəllimin nəvələri çoxdur. Hal-hazırda nəticələri Avropanın müxtəlif ökələrində və Türkiyədə 2-ci təhsilini davam etdirirlər. Əkbərovlardan 40 nəfərə yaxını həkim kimi respublikada və xaricdə işləyirlər.

Fəzail müəllim ictimaiyyət arasında da böyük nüfuz sahibi idi. Dəfələrlə Rayon Sovetinin deputatı olub.

Azərbaycan Müəllimlərinin 4-cü və 6-cı qurultayının nümayəndəsi olub.

Fəzail müəllimin 75-illiyi ilə əlaqədar 2001-ci ildə Rayon icra başçısı Yaşar Abdulovun sərəncamı ilə yubiley tədbiri keçirilib. Yubiley tədbirində tanınmışlar da iştirak edib. Dilruba Camalova, Xalq şairi Qabil, professor Telman Vəlixanlı və s. Fəzail müəllim haqqında nə qədər desən danışmaq olar.

İyulun 1-də onun 100 yaşı tamam olur. Övladları Zəhra, Elmira, Turə, Tamilla, Rübabə, Sevinc, Nərgiz, Cəbrayıl, Ramiz fəxr edirlər ki, məhz belə valideynləri olub. Fəzail müəllin həyat yoldaşı Kübra xanım da çox möhtəbər bir ailədə tərbiyə alıb. Allah hər ikisini rəhmət eləsin.

Fəzail müəllimin babası Məşədi Şabi Kürəyçi kəndinin ağsaqqalı idi. Xalası oğlu Məşədi Feyzulla oranın mollası idi. Məşədi Feyzulla Vəli Məmmədovun babası idi.

Vəli Məmmədov hansı vaxt rayona gələndə ilk növbədə Fəzail müəllimə, yaxın dostu Fəzailin qardaşı Höccətlə görüşər və mənalı istirahət edərdilər.

Fəzail müəllim 2004-cü ilin dekabırın 1-də Yardımlı şəhərində dəfn edilib. Hüzr yerinə Azərbaycanın hər yerindən insanlar axışıb gəlmişdilər. Fəzail müəllimin çox əhatəli arxivi var idi. Oğlanları Cəbrayıl və Ramiz qiymətli sənədlərin itməməsi üçün Fəzail Əkbərov ev muzeyi yaratdılar. Hal-hazırda muzeydə altı mindən çox ekspanat toplanıb. Muzeyin açılışı 2006-cı ilin iyun ayında oldu. Açılışı Yarımlı rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev (indi Astara rayonuna rəhbərlik edir) və Xalq şairi Qabil etdilər. Açılış mərasimində 300-ə yaxın insan iştirak etdi. Fəzail İbrahimli, Sabir Rüstəmxanlı, Qabil, Əməkdar həkim Zeyni Adiyev, müharibə veteranı Şahbaz Hüseynov, Əmək veteranı Təvəkkül Abbasov və başqlarının çıxışları hərarətlə qarşılandı.

Fəzail müəllim disertasiya işidə muzeydə saxlanılır.

Fəzail müəllim məsləhətlərinə qulaq asanlar onun qoyduğu yolla gedərək elm zirvəsinə çıxa biliblər. Belə ki, bacısı oğlu Nizami Əkbərov, nəvəsi Lalə Hüseynova, oğlu Ramiz, qardaşı oğlu Malik, nəvəsi Telman Hüseynli, qardaşı oğlu Camal, nəvəsi Nahid elmi işlərini başa vurublar.

Bu alimlərdən Camal, Malik və Lalə dünyalarını dəyişiblər. Allah onlara rəhmət eləsin və qəbirləri nurla dolsun.
 

Əlisəfa Əhmədoğlu
Şair -publisist

Seçilən
16
modern.az

1Mənbələr