Pravda.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Məktəbə başlama prosesi uşaqlar və valideynlər üçün önəmli bir dönüm nöqtəsidir. Bir çox valideyni düşündürən əsas sual isə budur: “Uşağım məktəbə başlamağa hazırdırmı?” Bu suala cavab vermək üçün uşağın fiziki, zehni, sosial və emosional inkişafının müəyyən səviyyəyə çatıb-çatmadığını qiymətləndirmək lazımdır.
Pravda.az bildirir ki, mütəxəssislərə görə, məktəbə hazır uşaq:
qələm tutmaq, qaçmaq, tullanmaq kimi motor bacarıqları yerinə yetirə bilir,
diqqətini yönəldə bilir və sadə təlimatlara əməl edir,
paylaşma və növbə gözləmə kimi sosial qaydalara riayət edir,
şəxsi gigiyenasını və yeməyini özü yeyə bilir.Əgər bu bacarıqlar tam formalaşmayıbsa, uşağın məktəbə başlaması çətinliklərə səbəb ola bilər. Ailədən ayrılmaqda çətinlik, yeni mühitə uyğunlaşmaqda problem və özgüvən azalması kimi hallar müşahidə oluna bilər. Bu isə həm dərslərdə, həm də emosional inkişafda geriləməyə yol aça bilər.
Valideynlərə tövsiyə olunur ki, məktəbəqədər dövrdə uşaqlarının inkişafını yaxından izləsinlər və şübhə olduqda uşaq psixoloqundan dəstək alsınlar.
Əminə Bayramova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.