Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Amerikalı iş adamı, “Tesla” və“SpaceX” şirkətlərinin sahibi İlon Maska “vətəninə, Cənubi AfrikaRespublikasına” qayıtmağı tövsiyə edib. Bu biznesmenin Ağ Evrəhbərinin vergilərlələ bağlı qanun layihəsini tənqid atəşinətutmasından sonra baş verib.
Trend xəbər verirki, Tramp öz fikirlərini “Truth Social” sosial şəbəkə hesabındabölüşüb.
“İlon ehtimal ki, tarixdə hər kəsdən daha çox subsidiya alır,özü də böyük fərqlə və bu subsidiyalar olmasaydı, yəqin ki,biznesini bağlamalı və Cənubi Afrikadakı evinə qayıtmalı olardı”, –deyə o qeyd edib.
Tramp 29 iyun tarixində “Fox News” telekanalına müsahibəsində,aralarında fikir ayrılığına baxmayaraq, Mask haqqında müsbətfikirdə olduğunu bildirib.
O əlavə edib ki, “ağıllı oğlan” Mask onunla birlikdə seçkikampaniyası aparıb, lakin bir qədər məyus qalıb. Tramp iş adamınınnarazılığını ABŞ hakimiyyətinin Maskın “Tesla” şirkəti tərəfindənistehsal olunan elektrikli avtomobillərin ölkədə yayılmasınayetərincə dəstək verməməsi ilə əlaqələndirib.