ABŞ prezidenti Donald Tramp yenə hədələyəci bəyanatla çıxış edib. O qeyd edib ki, iyulun 9-dan qüvvəyə minməsi nəzərdə tutulan ticarət tariflərinin tətbiqi müddətini yenidən artırmayacaq. "Fasilə haqqında düşünmürəm. Bir çox ölkəyə məktublar yazacağam. Düşünürəm ki, onlar prosesi indi anlamağa başlayırlar".
Eyni zamanda Ağ Evin rəhbəri ABŞ-ın Yaponiya ilə ticarət sazişi bağlaya bilməyəcəyini deyib. Onun fikrincə, bu və digər ölkələr “30 və ya 40 ildir Amerika hökumətini soymağa öyrəşərək korlanıblar, ona görə də onlarla danışıqlar aparmaq çox çətindir.
Mətləb Salahov