Bakı. Trend:
“Azərbaycanda məktəblilər arasında ilk dəfə “Moot Court”formatında hüquq simulyasiyası təşkil olundu.”
Hüquq sahəsinə marağı olan gənclərin və məktəblilərinbacarıqlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədiləAzərbaycanda ilk dəfə keçirilən bu yarışma unikal bir təcrübəimkanı yaratdı. Yarışma tamamilə könüllülük prinsipi əsasında vəqeyri-kommersiya məqsədilə təşkil olunub.
Əsas məqsəd – məktəblilərə hüquqi proseslərin mahiyyətinipraktiki şəkildə öyrətmək, onların tənqidi düşüncə, məntiqiarqumentasiya qurmaq, sübut təqdim etmək və ictimai çıxışbacarıqlarını inkişaf etdirməkdir. Eyni zamanda, bu təşəbbüs ölkədəhüquq təhsilinə marağın artmasına və gənc nəslin hüquqi şüurununformalaşmasına töhfə verir.
Pilot layihə olaraq Akademik Zərifə Əliyeva adına liseyinşagirdləri arasında baş tutan yarışmanın yarımfinal mərhələsi 10iyun 2025-ci il tarixində keçirildi. Yarımfinal mərhələsindəAkademik Zərifə Əliyeva adına liseyin müxtəlif siniflərindənseçilmiş komandalar iştirak etdilər. Hər komandada 3 nəfər şagirdyer alırdı. İştirakçılar öncədən hazırlanmış hüquqi keyslərəsasında ittihamçı və müdafiəçi rollarında çıxış edirdilər. Finalavəsiqə qazanan şagirdlər iddia və cavabdeh arqumentlərini təqdimetmək, hakim qarşısında çıxış bacarığı və digər meyarlar əsasındaqiymətləndirilərək seçilmişdi.
Gərgin mübarizənin ardından 6 iştirakçı finala vəsiqə qazandı.Onlardan 3-ü “İttihamçı”, digərləri isə “Cavabdeh” qismində çıxışetdilər. Finalın sonunda isə 3 nəfərlik komanda yarışmanın qalibioldu. Qaliblər diplom və qiymətli hədiyyələrlə təltifolundular.
Əlavə olaraq, “Ən güclü oralist”, “Ən xarizmatik hüquqşünas” vədigər nominasiyalar üzrə də fərqlənən iştirakçılar xüsusimükafatlara layiq görüldü. Yarışmanın seçim mərhələsi hüquqsahəsində peşəkar ekspertlər tərəfindən həyata keçirildi. Münsiflərheyətində “İmprotex” şirkətlər qrupunun hüquq departamentinindirektoru və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüRahib İsmayılov, Qarabağ Futbol Klubunun hüquqi meneceri vəVəkillər Kollegiyasının üzvü Rəşid Səfərov, eləcə də layihəninideya müəllifi və rəhbəri Nəcəf Məmmədov yer almışdır.
Layihənin rəhbəri və təşkilatçısı Nəcəf Məmmədovun sözlərinəgörə, bu yarışmanın gələcəkdə daha geniş miqyasda – müxtəlifməktəblərin iştirakı ilə – keçirilməsi planlaşdırılır. Hüquqsahəsində bu formatın tətbiqi həm təşkilati, həm də metodolojibaxımdan ölkədə innovativ bir addım hesab olunur.