İspaniyada son həftə sonu istilər müşahidə olunur. Havanın temperaturu +46 dərəcəyə çatıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb. Əndəlüsün Huelva əyalətindəki El Qranadoda şənbə günü civə sütunu +46 dərəcəyə çatıb. Mütəxəssislər qeyd edirlər ki, bu, bütün müşahidələr tarixində iyun ayında İspaniyada qeydə alınan ən yüksək temperaturdur.
Montoro və Fuentes de Andalusiya bələdiyyələrində havanın temperaturu müvafiq olaraq 44 dərəcə və 43,9 dərəcə Selsi olub. El Tiempo yazır ki, isti dalğasının maksimum mərhələsi bazar günü başlayıb və bu günün sonuna qədər davam edəcək.