ain.az bildirir, Fanat portalına istinadən.
"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silva komandasının "Əl-Hilal"la oyunda (3:4) uğursuz çıxışının səbəblərindən danışıb.
Fanat.Az xəbər verir ki, DAZN portuqaliyalı futbolçunun fikirlərini belə çatdırıb:
"Böyük məyusluq var. Bu turnirə böyük ümidlər bəsləyirdik, 1/4 finala çıxmaq istəyirdik. Amma bu, futboldur, bu gün rəqibimiz yaxşı idi. "Əl-Hilal" bizə çoxlu problemlər yaratdı və qələbəyə layiq idi. Onları təbrik edirəm.
Topa sahib idik, şanslar yaratdıq və daha da çox qol vura bilərdik. Bəlkə də beş, altı... Amma itkilərə yaxşı reaksiya vermədik, rəqibimizə tez-tez əks-hücumlara çıxmağa imkan yaratdıq. Bir-iki ötürmə ilə qapımıza yaxınlaşıb təhlükəli yaradırdılar. Rəqiblərimizə belə oynamağa imkan verəndə həmişə problemlərlə üzləşirik. Bu gün yenə eyni ssenari oldu".
Klublararası dünya çempionatının 1/8 final mərhələsində "Mançester Siti" - "Əl-Hilal" qarşılaşmasında qalib əlavə vaxtda müəyyənləşib.
Mirağa
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.