Yekaterinburqda qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarıyla vida mərasimi keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, vida mərasimində mərhumların ailə üzvləri, yaxınları, Ağdam və Ağcabədi rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Səfərov qardaşları valideynlərinin də dəfn edildiyi Hacıbədəlli kənd qəbiristanlığında dəfn ediləcəklər.
Qeyd edək ki, ötən ayın 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.
Xəbər yenilənəcək
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)