AZ

Belçikada anomal isti: Narıncı siqnal verildi

Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.

Belçika Kral Meteorologiya İnstitutu (RMI) iyulun 1-dən 3-dək ölkə ərazisində temperaturun 35 dərəcədən yuxarı qalxaraq təhlükəli həddə çata biləcəyini bildirərək "narıncı xəbərdarlıq" elan edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, RMI-dən verilən yazılı açıqlamaya görə, Belçika bu gündən etibarən Avropada hökm sürən isti dalğasının təsirlərinə girib.

Ölkənin qərbində və mərkəzində bir çox yerlərdə havanın temperaturu 35 dərəcəni keçəcək. Bəzi rayonlarda havanın temperaturu 36 və 37 dərəcəyə çatacaq.

Bu səbəbdən 1-3 iyul tarixləri arasında təhlükəli həddə çatacaq temperaturlara qarşı vətəndaşları diqqətli olmağa və tədbir görməyə çağıran "narıncı xəbərdarlıq” elan edilib.

Xəbərdarlıq edilib ki, qocalar, uşaqlar və ürək xəstəliyi olanlar diqqətli olsunlar, açıq hava fəaliyyətini məhdudlaşdırsınlar.

Qeyd edək ki, ölkədə bu səviyyədəki son xəbərdarlıq 2024-cü ilin avqustunda, "qırmızı həyəcan” isə 2020-ci ilin avqustunda olub.

Bu həftə temperatur rekord həddə çatmasa da, ardıcıl 5 gün ərzində 25 dərəcədən aşağı düşməyəcəyi və ən azı 3 gün ərzində 30 dərəcədən yuxarı qalacağı üçün onlar "istilik dalğası” meyarlarına cavab verir.

Gülay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
6
azxeber.com

2Mənbələr