Yazını böyüt
Yazını kiçilt
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.
Hafta.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma səfərdə Belarusla üz-üzə gələcək. Qarşılaşma Minskdə yerləşən "Traktor" stadionunda, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Belarusda təlim-məşq toplanışında olan Azərbaycan millisi iyunun 28-də bu rəqibə 0:3 hesabı ilə uduzub.