Bakı şəhərinin Sabunçu rayonunda yerləşən, hazır işlək vəziyyətdə olan yanacaq doldurma məntəqəsi satışa çıxarılıb.
Valyuta.az xəbər verir ki, satış qiyməti 3 700 000 manat olaraq müəyyən edilib.
Məlumata görə, məntəqə hazırda aylıq təxminən 43 000 manat gəlir gətirir. Biznesin əsası 6 aprel 2018-ci il tarixində qoyulub.
Obyekt Nəsibə Zeynalova küçəsində, Nahid ərazisində yerləşir. Məntəqə ilə maraqlanan şəxslər 070 222 77 54 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Mayya Hüseynova