ain.az, Sia Az portalına istinadən məlumat yayır.
"Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi ölkə miqyasında geniş şəkildə qeyd olunur. Bu yubiley yalnız bir tarixi hadisənin deyil, həm də milli şüurun, ictimai fikrin və informasiya siyasətinin inkişafında medianın oynadığı strateji rolun təntənəsidir. 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol təkcə jurnalistikanın yox, bütövlükdə xalqın maariflənməsinin, dövlətçilik düşüncəsinin və milli kimliyin formalaşmasının başlanğıcı oldu". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib.
Onun sözlərinə görə, o dövrdə qəzet çap etmək, ictimai məsələləri qaldırmaq, cəmiyyətə səs vermək həm cəsarət, həm də məsuliyyət tələb edirdi. Zərdabinin ideyalarını XX əsr boyu davam etdirən maarifçilər, ədiblər və jurnalistlər – Cəlil Məmmədquluzadədən Üzeyir bəy Hacıbəyliyə qədər – bu missiyanı tarixin müxtəlif mərhələlərində yaşatdılar: "Müstəqillik illərində isə milli mətbuatın inkişafı və azadlığının təmin olunması Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasi kursun əsas istiqamətlərindən biri oldu. 1998-ci ildə senzuranın ləğvi ilə medianın qarşısındakı inzibati maneələr aradan qalxdı və Azərbaycanda söz və fikir azadlığına yeni nəfəs verildi. Bu, həm də milli mətbuat tarixində dönüş nöqtəsi kimi yadda qaldı.
Hazırkı dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə medianın inkişafı istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Dövlət başçısının 25 aprel 2025-ci il tarixli sərəncamı ilə “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” xüsusi sənəd imzalanmışdır. Bu sənədlə Medianın İnkişafı Agentliyi, Azərbaycan Mətbuat Şurası və digər qurumlar geniş tədbirlər planı ilə bu yubileyin qeyd olunmasına cəlb olunmuşdur. Həmin sərəncamla təsis edilmiş “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı isə informasiya cəbhəsində fədakarlıqla çalışan media nümayəndələrinin əməyinə verilən yüksək dövlət qiymətidir.
Medianın İnkişafı Agentliyi bu prosesdə yalnız təşkilati deyil, həm də strateji funksiyanı həyata keçirir. Agentlik tərəfindən jurnalistlərin peşəkar inkişafı, redaksiyaların texniki imkanlarının genişləndirilməsi, media hüququ, etik dəyərlər və müasir çağırışlara cavab verən təlim və layihələr davamlı olaraq icra olunur. Eyni zamanda agentliyin dəstəyi ilə yubiley ərəfəsində media tarixinə dair nəşrlər, təqdimatlar, konfranslar və media tarixinin arxivləşdirilməsi istiqamətində əhəmiyyətli təşəbbüslər həyata keçirilir.
Azərbaycan mətbuatı xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə öz peşəkarlığını, əzmini və milli məsuliyyətini bir daha sübut etdi. Həm ön cəbhədə, həm də beynəlxalq informasiya məkanında jurnalistlərimiz Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün fədakarlıqla çalışdılar. Onlar təkcə məlumat yaymırdılar – həm də informasiya müharibəsinin ön cəbhəsində, hərbi təzyiqlər və mina təhlükəsi altında, faktlarla, sübutlarla haqqın yanında dayanırdılar. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası, minalardan təmizlənmə və yenidənqurma prosesləri də məhz medianın obyektiv baxışı və sənədləşdirmə fəaliyyəti sayəsində ictimai şüura və beynəlxalq dairələrə çatdırıldı.
Azərbaycan dövləti mətbuatı yalnız informasiya vasitəsi kimi deyil, eyni zamanda cəmiyyətin inkişafında, vətəndaş düşüncəsinin formalaşmasında və milli ideoloji sistemin daşıyıcısı kimi qiymətləndirir. Bu baxımdan, medianın peşəkarlığının artırılması, informasiya təhlükəsizliyinin təmin olunması və yeni nəsil jurnalistlərin yetişdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Milli mətbuatın 150 illiyi həm tarixi dəyərin etirafı, həm də gələcəyə baxışdır – daha müasir, daha məsuliyyətli, daha güclü media üçün yaradılan zəminin təntənəsidir.Azərbaycan mətbuatı xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə öz peşəkarlığını, əzmini və milli məsuliyyətini bir daha sübut etdi. Həm ön cəbhədə, həm də beynəlxalq informasiya məkanında jurnalistlərimiz Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün fədakarlıqla çalışdılar. Onlar təkcə məlumat yaymırdılar – həm də informasiya müharibəsinin ön cəbhəsində, hərbi təzyiqlər və mina təhlükəsi altında, faktlarla, sübutlarla haqqın yanında dayanırdılar. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası, minalardan təmizlənmə və yenidənqurma prosesləri də məhz medianın obyektiv baxışı və sənədləşdirmə fəaliyyəti sayəsində ictimai şüura və beynəlxalq dairələrə çatdırıldı.
Azərbaycan dövləti mətbuatı yalnız informasiya vasitəsi kimi deyil, eyni zamanda cəmiyyətin inkişafında, vətəndaş düşüncəsinin formalaşmasında və milli ideoloji sistemin daşıyıcısı kimi qiymətləndirir. Bu baxımdan, medianın peşəkarlığının artırılması, informasiya təhlükəsizliyinin təmin olunması və yeni nəsil jurnalistlərin yetişdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Milli mətbuatın 150 illiyi həm tarixi dəyərin etirafı, həm də gələcəyə baxışdır – daha müasir, daha məsuliyyətli, daha güclü media üçün yaradılan zəminin təntənəsidir".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.