AZ

Polis gün ərzində xeyli silah-sursat aşkarlayıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə DİN-dən məlumat verilib.  

Məlumata görə, iyunun 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 1 qumbara, 15 tüfəng, 10 patron darağı və 463 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

P.ƏMİRCANOV
XQ

Seçilən
3
39
xalqqazeti.az

10Mənbələr