AZ

Kelloq: “Rusiya Ukrayna ilə sülh danışıqlarını gecikdirir”

ain.az, Ayna portalına istinadən məlumat verir.

"Peskovun danışıqların vəziyyəti ilə bağlı son şərhləri reallığın təhrifidir”

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keiyt Kelloq bildirib ki, başlatdığı genişmiqyaslı müharibənin sülh yolu ilə nizamlanmasını ləngidən ABŞ və ya Ukrayna deyil, Rusiyadır. AYNA.AZ xəbər verir ki, Kelloq bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

Kelloq Kremlin sözçüsü Dmitri Peskovun bəyanatına cavab verərkən qeyd edib: "Peskovun danışıqların vəziyyəti ilə bağlı son şərhləri reallığın təhrifidir. Rusiyanın ABŞ və Ukraynanın sülh danışıqlarını gecikdirməsi ilə bağlı bəyanatları əsassızdır", - Trampın nümayəndəsi şərh edib.

"Biz dərhal atəşkəsə və müharibəni bitirmək üçün üçtərəfli danışıqlara keçidə çağırırıq”, - Kelloq əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
7
ayna.az

10Mənbələr