Yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək “Qəbələ” təlim-məşq toplanışına start verib. 


Rekord.az xəbər verir ki, komanda ötən gün Qəbələdə bir araya gəlib.


Toplanışın ilk mərhələsi 14 gün davam edəcək. Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyulun 6-sı və 14-ü baş tutacaq. 


Təlim məşq toplanışının ikinci mərhələsinə iyulun 14-də start veriləcək. Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyun keçirilməsi planlaşdırılır.