Bakı. Trend:
bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz vəCənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”,“TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”,“İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından,məmnuniyyətlə elan edir ki, Bakıda və ətraf ərazilərdə ingilisdilini öyrənən istedadlı gəncləri dəstəkləməyə yönəlmiş yeni birtəhsil layihəsi uğurla başa çatmışdır.
Bu layihə xüsusi olaraq yüksək keyfiyyətli və intensiv ingilisdili tədrisindən istifadə imkanı olmayan ailələrin uşaqları iləyanaşı, bu sahədə yüksək akademik göstəricilərə malik şagirdlərüçün nəzərdə tutulmuşdu.
Layihə bp və tərəfdaşlarının Azərbaycanda təhsilin və gənclərininkişafına davamlı dəstək vermək öhdəliyinin bir hissəsidir.
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylidedi: “Misli görünməmiş qlobal dəyişikliklər və sürətlirəqəmsallaşma dövründə ingilis dili rəqəmsal dünyada düzgünistiqamət almaq, dəyişən şəraitə və proseslərə uyğunlaşmaq üçünvacib vasitəyə çevrilib. İngilis dili öyrənən istedadlı Azərbaycangənclərinin daha əminliklə bu transformasiya ilə ayaqlaşmasına vəməktəb proqramlarının qoyduğu bünövrənin üzərinə yeni bilik bazasıəlavə edə bilməsinə dəstək verməkdən məmnunluq duyuruq. Ümid edirikki, öyrəndikləri biliklər onların gələcək elmi və ixtisas uğurlarıüçün möhkəm zəmin yaradacaq, eləcə də onların qlobal imkanlardandaha dolğun faydalanmaq və öz cəmiyyətlərinə dəyərli töhfələrvermək bacarıqlarını gücləndirəcək.”
Proqram vasitəsilə 2024/2025-ci tədris ili ərzində 6–17 yaşarası 60 şagirdə əyani ingilis dili dərsləri təqdim edilib. Dərsləriki yaş qrupu proqramları əsasında aparılıb: 6–10 yaşlı uşaqlarüçün Primary Plus və 11–17 yaşlılar üçün Secondary Plus.
Müvafiq kurs səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə 8–17yaşlı şagirdlər üçün onlayn qiymətləndirmə əsasında seçim vəyerləşdirmə aparılıb. 6–7 yaşlı uşaqlar isə yaşlarına əsasənyerləşdirilib. Proqram çərçivəsində hər dərs 90 dəqiqə olmaqlaümumilikdə 32 həftə ərzində 96 saatlıq tədris həyata keçirilib.
Layihə dövründə bütün iştirakçılara 2025-ci ilin fevral və iyunaylarında öz irəliləyişləri ilə bağlı hesabatlar təqdim olunub.Kursu uğurla bitirən bütün iştirakçılara sertifikatlar verilib.
Layihənin icraçısı “British Council” təşkilatıdır.
Layihənin ümumi dəyəri, şagirdlərin seçilməsi və yerləşdirilməsitestləri, qeydiyyat, dərs materialları və 96 saatlıq ingilis dilikursunun tam keçirilməsi xərcləri daxil olmaqla, 99 153 AZN(təxminən 58 325 ABŞ dolları) təşkil edib.