ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Nevroloq Reyçel Salas bildirib ki, pis yuxudan sonra insanlar tez-tez yorğunluq və halsızlıq hiss edirlər.
Redaktor.az xəbər verir ki, o bu barədə jurnalistlərə müsahibəsində danışıb.
Salas ilk olaraq gün ərzində açıq havada olmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, günəş işığı əhval-ruhiyyəni yaxşılaşdıran serotonin hormonunun istehsalını artırır. Bundan əlavə, mütəxəssis qeyd edib ki, fiziki fəaliyyət də stress səviyyəsini azaltdığından gün ərzində idmanla məşğul olmaq tövsiyə olunur.
Nevroloq gündüz yuxusunu da faydalı hesab edir. O, yorğunluq səviyyəsindən asılı olaraq bu istirahətin 20 ilə 90 dəqiqə arasında dəyişə biləcəyini bildirib. Salas kofeinin düzgün miqdarda qəbulunun da canlılığı qorumağa kömək etdiyini qeyd edib.
Yekunda həkim bildirib ki, zəif yuxudan sonra gün ərzində müsbət münasibəti qorumaq vacibdir. O, eyni zamanda axşam əvvəlkindən 30 dəqiqə tez yatmağı məsləhət görür ki, bədən gecə yuxusunu bərpa edə bilsin.
Aytəkin TOFİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.