AZ

Mövsümü birinci liqada davam etdirəcək Səbail legionerini satışa çıxardı

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ötən mövsümün yekunlarına görə birinci liqaya düşən "Səbail" klubu legioner futbolçularını satmaq niyyətindədir.

Oxu.Az xəbər verir ki, "dənizçilər" xüsusilə niderlandlı cinah hücumçusu Suliman Alluşu satmaq niyyətindədir. Bu, həm futbolçunun yüksək maaşı, həm də komandadan ayrılmaq istəyi ilə bağlıdır. "Səbail" Alluşa görə 50 min dollar istəyir.

Futbolçunun xidmətində həm Azərbaycan, həm də Niderland klubları maraqlıdır.

Bu məbləği ödəməyə razı olan klub tapılarsa, "Səbail" Alluşun gedişinə razılıq verəcək. 23 yaşlı futbolçunun müqaviləsi gələn mövsümün sonuna qədər qüvvədədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
21
oxu.az

5Mənbələr