AZ

Hakan Çalhanoğlu klublararası dünya çempionatına yollanmayıb – AYRILMAQ İSTƏYİR?

İtaliyanın “İnter” klubunun prezidenti Cüzeppe Marotta Lautaro Martinesin komandadan ayrılmaq istəyən Hakan Çalhanoğlu ilə bağlı fikirlərinə münasibət bildirib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, funksioner argentinalı hücumçuya haqq qazandırdığını söyləyib.

Klub prezidentinin fikrincə, Martines komandanın meydandakı lideridir və onun dedikləri əsl kapitana məxsus sözlərdir: “O, ehtimalları və reallıqları dilə gətirdi. Əgər bir futbolçu artıq burada qalmaq istəmirsə, getməsi daha düzgündür. Hələlik Hakan tərəfindən belə bir istək səsləndirilməyib. Onunla görüşəcəyik və vəziyyəti ən yaxşı şəkildə həll edəcəyik. Əgər getmək istəsə, qarşısını almayacağıq”.
 

Qeyd edək ki, Lautaro Martines klublararası dünya çempionatının 1/8 final mərhələsində Braziliya təmsilçisi “Fluminense”yə 0:2 hesabı ilə uduzaraq turnirlə vidalaşdıqları oyundan sonra Hakan Çalhanoğlunu üstüörtülü şəkildə tənqid edib. O, türkiyəli futbolçunun adını çəkməsə də, “burada qalmaq istəməyənlər getsin” deyərək, komanda yoldaşına öz iradını bildirib.


Adı “Qalatasaray”la hallanan Türkiyə millisinin üzvü “İnter”lə birlikdə klublararası dünya çempionatına yollanmayıb.

Bizim.Media

Seçilən
15
9
bizim.media

10Mənbələr