AZ

Almagül Kutanova: Tədbirin Ağdamda keçirilməsi bizi heyran edir

AĞDAM, 1 iyul. TELEQRAF

"Qazaxıstan bu sammitdə yüksək səviyyədə təmsil olunur".

Teleqraf-ın Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərlə açıqlamasında Qazaxıstan nümayəndə heyətinin üzvü Almagül Kutanova Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə İqtisadi Əməkdaşlıq Təşkilatı Həftəsi çərçivəsində Ağdamda keçirilən Gənclər Forumunda jurnalistlərə açıqlamasında deyib.

"Bu mühüm tədbirdə Qazaxıstanı təmsil etdiyim üçün çox şadam. Tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkür edirəm. Qazaxıstan forumda fəal iştirak edən ölkələrdən biridir. Bizim vəzifəmiz bu sahənin inkişafı üçün mexanizm hazırlamaqdır. Bu gün gənclərə töhfə vermək çox vacibdir. Tədbirin bu gün Ağdamda keçirilməsi bizi heyran edir. Gördüklərimiz və Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi töhfə bizi dərin təsirləndirir", - deyə nümayəndə bildirib.

Seçilən
137
6
teleqraf.com

5Mənbələr