Bu gün Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi məzənnələrə görə 1 avro 2 manat səviyyəsini də keçərək 2.0035 manat olub.
Qeyd edək ki, ötən həftədən banklarda Avronun satış qiyməti 2 manatı keçmişdi.
Azərbaycanda sonuncu dəfə Avronun rəsmi məzənnəsi 2 manatdan yüksək 17.09.2021-ci il tarixində olmuşdu. Həmin gün Avronun rəsmi məzənnəsi 2.0014 manat olmuşdu.