Məşhur stomatoloq və Regale innovativ stomatologiya mərkəzlərinin təsisçisi Liliya Kuzmenkova maraqlı açıqlamalar verib. O, xarici KİV-ə müsahibəsində deyib ki, düzgün olmayan dişləmə prosesi vaxtından əvvəl qırışların yaranmasına səbəb ola bilər.
"Dişləmə qüsuru yaşla daha qabarıq şəkildə özünü büruzə verə bilər. Düzgün düzülməmiş dişlər üzün formasını dəyişir, qırışlara və hətta baş ağrılarına səbəb olur. Dişləmə deformasiyası çeynəmə əzələlərinə yükün qeyri-bərabər paylanmasına gətirib çıxarır ki, bu da üzü asimmetrik edir. Dişləmənin vəziyyəti diş həkimi tərəfindən izlənilməlidir, zəruri hallarda isə dişləmənin vəziyyətini diş həkimi nəzarətdə saxlamalı və lazım olduqda hər hansı bir qapaqla düzəldilməli və ya müvafiq olaraq korreksiya edilməməlidir. Bu, gənc təbəssümü qorumaq, həm də ümumi rifahı yaxşılaşdırmaq üçündür”, - həkim qeyd edib.
Tural