ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 1 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb.
Bu barədə AZƏRTAC-a fondun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, müraciətlərin 4 min 74-ü ünvanlı dövlət sosial yardımı, 2 min 660-ı pensiya təyinatı, 3 min 250-si sosial müavinət və təqaüd, 200-ü sosial sığorta və fərdi uçot, 1876-sı isə digər istiqamətlər üzrə olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.