AZ

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

ain.az, Fanat saytına istinadən bildirir.

Transfer hüquqları Fransanın "Olimpik Lion" klubuna məxsus olan gürcü hücumçu Georges Mikautadzenin "dumanlı Albion"da oynamaq fürsəti yaranıb. 

Fanat.Az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb. 

Mənbənin məlumatına görə, "Sanderlend" 24 yaşlı hücumçunu transfer etməkdə maraqlıdır. Futbolçunun bazar dəyəri 22 milyon avro olaraq qiymətləndirilir. 

Mikautadze ötən mövsüm "Olimpik Lion"un heyətində 47 matçda iştirak edib. Hücumçu bu görüşlərdə 17 qol vurub və 11 məhsuldar ötürmə edib. Gürcü oyunçu ilə "toxucular" arasında hazırki müqavilənin müddəti 2028-ci ilin yayında başa çatır.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
50
fanat.az

10Mənbələr